Dünya

İsraildən qayıda bilməyən müğənni Samirə Əfəndi: “Təl-Əviv partladılır, bizə deyirlər ki…” – FOTO

İsraildən qayıda bilməyən müğənni Samirə Əfəndi: “Təl-Əviv partladılır, bizə deyirlər ki…” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə İsrailin Tel-Əviv şəhərində çətin vəziyyətdə qalıb.

7Times.az  xəbər verir ki, bu barədə Samirə instaqram sosial şəbəkəsində paylaşım edib.

“5000 min raket, Hava limanı bağlanıb.. Təl-Əviv partladılır.. Bu partlayış səsləri və sirenlər sadəcə qorxudur.. Bizə deyirlər ki, oteldəki bomba sığınacağına enin. Allah hər şeyi yoluna qoysun”, – S.Əfəndi bildirib.

Ötən gün konsert verən sənətçi Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edəndən sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.

 

Məlumata görə, sabaha uçuş bileti olan ifaçı məlum vəziyyətə görə hazırda sığınacaqdadır.

 

Sfera.az