11:24
- Mülki fələstinlilər Qəzzanın sərhədində İsrail ərazilərinə sızıb. Onlar bunu müqəddəs yürüş və qədim ərəb torpaqlarının azadlığı kimi qiymətləndirir.
- İsrailin müdafiə naziri Yoav Gallant: HƏMAS terrorçuları bu səhər çox ciddi səhvə yol verib İsrail dövlətinə qarşı müharibəyə başlayıblar.
- Xarici media: İsraildə vəziyyətin pisləşməsindən sonra ölənlərlə bağlı ilk məlumatlar: raket hücumları nəticəsində 80-ə yaxın yaralı xəstəxanalardan birinə aparılıb.
- İsrailin “KanBet” dövlət radiosu: Ölkənin cənubunda HƏMAS və “İslami Cihad”ın hücumları nəticəsində yaşayış məntəqələri üzərində dövlət nəzarəti itirilib.
- Qəzza sektorundan bir çox şəhərlərə və qəsəbələrə, o cümlədən Qüdsə kütləvi şəkildə raketlər atılır.
11:10
“İzəddin əl Qassam” qruplaşmasının terrorçuları İsrailin Sderot şəhərində çox sayda mülki şəxsi qətlə yetirib.
11:06
İsrailin cənub bölgəsinin polis rəisi Amir Koen HƏMAS və İslami Cihad təşkilatlarının Qəzza bölgəsindən sızmış yaraşlıları ilə döyüşlərdə yaralanıb
10:58
İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda “müharibə hazırlığı vəziyyəti” elan edib.
Benyamin Netanyahu tezliklə təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə təcili görüş keçirəcək.
10:56
İsrailin Roşen le Sion şəhərindəki mədəniyyət mərkəzi raketlə vuruldu
10:51
Qəzza zolağındakı fələstinli qruplar tərəfindən İsrail ərazilərinə havadan, sudan və və qurudan irimiqyaslı hücum həyata keçirilir. Hücum zamanı hərbçilər və mülki şəxslər daxil olmaqla, onlarla israilli öldürülüb, hərbi texnika yandırılıb və ya ələ keçirilib.
Bu hücumlar İsrail Ordusu və kəşfiyyatı üçün çox böyük prestij itkisidir. İran-Səudiyyə yaxınlaşmasından sonra regionda ofsayda düşən İsrail çox çəkingən davranırdı, bunun da fələstinli qruplar tərəfindən “zəiflik” kimi anlaşıldığı görünür.
Bu gün baş verənləri İsrailin “11 sentyabrı” hesab etmək olar. Yaxın Şərqdə yeni bir böyük müharibənin ilk gününə şahidlik edirik.
10:45
- Əməliyyatın ilk 20 dəqiqəsində Qəzza zolağından İsrail ərazisinə 5000 raket atılıb.
- Qəzza zolağı ilə sərhəddə Merkava Mk.4 tipli İsrail tankı vurulub.
- Fələstin silahlıları Sderotda polis məntəqəsini ələ keçiriblər. Həmçinin bir neçə yaşayış məntəqəsinin də fələstinlilər tərəfindən tutulduğu barədə məlumatlar var.
- Fələstin qüvvələri bir neçə İsrail hərbçisini əsir götürdüklərini bildirir. Əgər təsdiqlənərsə, bu, son illərdə ilk belə hadisədir.
- İsraildə müharibəyə hazırlıq vəziyyəti elan edilib.
——-
09:38
“Qəzza zolağından olan radikallar oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər”.
7Times.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, – məlumatda qeyd edilib.
Daha əvvəl ordunun mətbuat xidməti məlumat vermişdi ki, İsrailin cənubunda və mərkəzində yerləşən bir çox yaşayış məntəqələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında həyəcan siqnalı verilib.