Dünya

İsraili bu ölkəyə hücumdan bir zəng çəkindirib

İsraili bu ölkəyə hücumdan bir zəng çəkindiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahunu Hizbullah hərəkatına qarşı hücumdan çəkinməyə inandıra bilib.

7Times.az  xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, İsrail Hizbullah qüvvələrinin bir neçə cəbhədə eyni anda hücumlar həyata keçirmək üçün sərhədi keçməyə hazırlaşdığına dair kəşfiyyat məlumatlarına malik olub. İsrailin hərbi təyyarələri döyüşə hazır vəziyyətə gətirilib və zərbələr endirmək üçün əmr gözləyib, lakin Baydenin oktyabrın 11-də Netanyahuya çağırışı hər şeyi dəyişib.

Nəşr qeyd edib ki, ABŞ İsrail tərəfinin kəşfiyyat məlumatlarını etibarsız hesab edib. Təfərrüatı açıqlanmayan söhbətdə Ağ Evin sahibi Netanyahuya Livana zərbənin nəticələri haqqında düşünməyi təklif edib.

Nəşrin məlumatına görə, İsrail təkbaşına belə bir addım ata bilməyəcəyini anlayıb və Vaşinqtondan dəstək istəyib.

Netanyahunun kabineti hesab edirdi ki, Yaxın Şərqdə böyük müharibə qaçılmazdır və məqsədi ilk zərbəni vurmaqdır. Bu fikri ən fəal şəkildə İsrail müdafiə naziri Yoav Qallant irəli sürüb. Bayden genişmiqyaslı müharibənin qarşısının alına biləcəyini təkid edərək, Netanyahunu inandırıb.

Baydenin telefon zəngindən sonra Netanyahunun kabineti Hizbullah qüvvələrini vurmaq fikrindən daşınıb.

Axar.az