Dünya

“İsrailin hər yerinə hücum edərik” – Hizbullah

“İsrailin hər yerinə hücum edərik” – Hizbullahbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail-Livan sərhədində şiddətli toqquşmalar davam edərkən, İsrailə qarşı hücumlarını artıran Hizbullahdan sərt açıqlama gəlib.

7Times.az xəbər verir ki, Hizbullah baş katibinin müavini Naim Qasım Livana hücumların əvəzini İsrailə ödətmək üçün yeni planlar hazırladıqlarını bildirib.

“Həll yolu atəşkəsdir. Biz zəif mövqedən danışmırıq. Əgər israillilər atəşkəs istəmirsə, müharibəni davam etdirəcəyik. İsrailin şimalındakı münaqişədən qaçanlar ancaq atəşkəs əldə olunarsa, evlərinə qayıda bilərlər”, – deyə o, qeyd edib.

İsrailin Livanın hər yerində hücumlar təşkil etdiyinə diqqət çəkən Hizbullah rəsmisi əlavə edib ki,onlar İsrailin hər yerinə hücum edə bilərlər. N. Qasım müharibə davam edərsə, 2 milyon israillinin həyatının təhlükə altında olacağını diqqətə çatdırıb.

O, həmçinin hücumlar zamanı İsrailin hərbi obyektlərinin hədəf alınacağını bildirib.