Dünya

İsrailin hücumunda HƏMAS liderinin oğlu ölüb

İsrailin hücumunda HƏMAS liderinin oğlu ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS hərəkatı İsrailin Qətərdə rəhbərliyə məxsus qərargaha endirdiyi hava zərbəsi nəticəsində təşkilat liderlərindən Xəlil əl-Həyyanın oğlu Həmmam əl-Həyya və onun ofisinin direktorunun həlak olduğunu təsdiqləyib.

7Times.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Sühəyl əl-Hindi “Əl-Cəzirə”yə açıqlamasında bildirib.

O, HƏMAS rəhbərliyin hücumdan sağ çıxdığını deyib. Onun sözlərinə görə, hücumda əsas məsuliyyət ABŞ-ın üzərinə düşür:

“Azad dünya bu məsələdə mövqeyini ortaya qoymalıdır. Biz ABŞ administrasiyasını bu hücuma görə məsuliyyət daşıyan tərəf hesab edirik”, – deyə əl-Hindi vurğulayıb.

Xatırladaq ki, bu gün İsrail ordusu və Şin Bet (ŞABAK) Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə məxsus qərargaha zərbə endirib. Baş nazir Benyamin Netanyahu bu qərarın Yerusəlim və Qəzzada baş vermiş terror hücumlarına cavab olduğunu bildirib.

Modern.az