İsrailin hücumu nəticəsində həlak olan yüksək rütbəli İran rəsmilərinin adları açıqlanıb.
7Times.az yerli mətbuata istinadən xəbər verir ki, İsrailin İranın strateji obyektlərinə həyata keçirdiyi hücum nəticəsində həlak olan yüksək rütbəli İran rəsmilərinin adları açıqlanıb.
Məlumata görə, hücum zamanı aşağıdakı şəxslər həyatını itirib:
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri
SEPAH-ın baş komandanı Hüseyn Salami
SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə
İran Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi
İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı, general-mayor Qulam Əli Rəşid
Nüvə fizikası üzrə alim, İranın nüvə proqramının əsas fiqurlarından biri Məhəmməd Mehdi Tehranci
İranın Ali Rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Şamxani
Hadisə beynəlxalq aləmdə ciddi narahatlıq doğurub və regionda vəziyyətin daha da gərginləşəcəyi ilə bağlı ehtimallar artır.
Milli.Az
Follow @7timesaz