Dünya

“İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var” – Rubio

“İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var” – Rubiobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var.

7Times.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.

Ondan Vaşinqton-Tehran danışıqlarına baxmayaraq, İsrail Ordusunun İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşdığı barədə CNN telekanalının xəbərinə münasibət bildirməsi istənilib.

“Mən sizin danışdığınız informasiya sızmasından xəbərsizəm. Açığı, kəşfiyyat məsələlərini müzakirə etməzdim, hətta bunun doğru olub-olmadığını təsdiq etməzdim. Mən də bunun sirr olduğunu düşünmürəm, baxmayaraq ki, xəbər sızması haqqında danışmıram. İsrail İranın nüvə silahının qarşısını almaq üçün hərəkət etmək qabiliyyətini saxladığını açıq şəkildə bildirdi. Bunun sirr olduğunu düşünmürəm”, – Rubio deyib.

Xatırladaq ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. İran və ABŞ arasında danışıqların beşinci raundunun mayın 23-də Romada keçirilməsi planlaşdırılır.