“İsrailin Rəfahdakı mülki şəxslərə təxliyə əmri ən pis ssenaridən xəbər verir: daha çox müharibə və aclıq. Bu qəbuledilməzdir”.
7Times.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
“Aİ, beynəlxalq ictimaiyyət ilə birlikdə belə ssenarinin qarşısını almaq üçün hərəkətə keçə bilər və keçməlidir. İsrail qurudan hücumdan imtina etməli və BMT Təhlükəsizlik Şurasının 2728-ci qətnaməsini yerinə yetirməlidir”.
O deyib ki, Aİ, beynəlxalq ictimaiyyət ilə birlikdə belə ssenarinin qarşısını almaq üçün hərəkətə keçə bilər və keçməlidir.
Xatırladaq ki, bu gün Borrell Brüsseldə Aİ-Ukrayna Müdafiə Sənayesi Forumunda çıxış edib.
APA
Follow @7timesaz