Türkiyənin “Beşiktaş” klubunun növbəti mövsüm üçün heyətində köklü dəyişiklik etməyə hazırlaşır.
7Times.az Fanat.Az-a istinadən xəbər verir ki, İstanbul nəhənginin baş koordinatoru Samet Aybaba bu məqsədlə bir neçə avrokubok matçını izləyib.
Konkret, “Fotomaç”ın yaydığı məlumata görə, klub funksioneri Almaniyaya gedərək “Borussiya” (Dortmund) – PSV və “Bayer” – “Qarabağ” matçlarına canlı baxıb.
Samet Aybabanın “Bayer” – “Qarabağ” matçında Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Juninyonu bəyəndiyi bildirilir. Forvar çıxışı və vurduğu qolla “Beşiktaş” rəsmisinin diqqətini çəkməyi bacarıb. Belədə onun adı İstanbul klubunun transfer siyahısına salınaraq, rəhbərliyə təqdim ediləcəyi bildirilir. 27 yaşlı futbolçunun transferi üçün mövsümün sonunda danışıqlar başlayacaq.
Qeyd edək ki, “Qarabağ” Jununyonu ötən yay Poruqaliyanın “Şaveş” klubundan 450 min avroya alıb. Hazırda “Transfermarkt” 27 yaşlı forvarda 1 milyon avro qiymət qoyub. Jununyo cari mövsümdə bütün turnirlərdə 42 oyuna çıxaraq, 23 qol vurub və 7 məhsuldar ötürmə edib. O, 15 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.
Follow @7timesaz