Qazaxıstanın “Fly Arystan” şirkətinə məxsus sərnişin təyyarəsi Özbəkistanın Ürgənc hava limanında təcili eniş edib.
7Times.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkəti məlumat yayıb.
İstanbula doğru uçuşu həyata keçirən təyyarənin təcili eniş etməsinə səbəb göyərtədəki sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.
Eniş etdikdən sonra özünü pis hiss edən Türkiyə vətəndaşı tibbi yardımın göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Qeyd edilib ki, təyyarə yaxın saatlar ərzində İstanbula yola düşəcək.
Follow @7timesaz