Dünya

İstanbulda “Zəfər bayramı” təntənəli surətdə qeyd olunub.FOTOLAR

İstanbulda “Zəfər bayramı” təntənəli surətdə qeyd olunub.FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə “Zəfər bayramı”dır.

“Report”un yerli bürosu xəbər verir ki, yüksək səviyyədə qeyd olunan Zəfər bayramı münasibətilə İstanbulun Vətən prospektində təntənəli tədbir təşkil olunub.

İstanbul Böyükşəhər Bələdiyyəsi və şəhər valiliyi tərəfindən keçirilən tədbirdə bələdiyyə sədri Əkrəm İmamoğlu, İstanbul valisi Əli Yerliqaya, ordu generalları, ictimai xadimlər çıxış ediblər. Onlar qeyd olunan bayramın Türkiyə və bütün türk dünyası üçün böyük əhəmiyyətindən bəhs ediblər.

Türkiyə ordusunun ən müxtəlif silahlı birləşmələri tribuna önündən keçid edib.

Qeyd edək ki, vətəndaşlar tərəfindən böyük maraqla izlənilən bayram tədbiri gün ərzində davam edəcək.