Türkiyənin İstanbul şəhərində altı nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsini həyata keçirən Ahlam Albaşir də daxil olmaqla 51 nəfər saxlanılıb.
Albaşirin də aralarında olduğu 17 şübhəli “dövlətin birliyini və bütövlüyünü pozmaq”, “qəsdən öldürmək”, “qəsdən öldürməyə kömək etmək”, “qəsdən öldürməyə cəhd” maddələri ilə həbs edilib. Üç şübhəli məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Prokurorluq tərəfindən sərbəst buraxılan 29 şübhəli isə deportasiya ediləcək.(Mənbə: DHA)
Follow @7timesaz