İstanbulda terror törətmək istəyən “Türkiyə Kominist Partiyası/Marksit-Leninst” (TKP/ML) terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi və Terrorla Mübarizə Şöbəsinin birgə icra etdiyi əməliyyatda 4 şübhəli saxlanılıb.
Polis terrorçuların Esenyurtda yaşadıqları ünvana baxış keçirib. Bu zaman mənzildən bomba istehsalında istifadə edilən materiallar – “TATP” adlı 250 qramlıq partlayıcı, 600 milliqram xlorid turşusu, 30 qram barıt, 57 ədəd fitil və 17 ədəd məftil tapılıb.
Saxlanılan şəxlərdən ikisinin həbs edildiyi, digər iki nəfərin isə pols nəzarətində azadlığa buraxıldığı qeyd olunur.
Follow @7timesaz