Maqazin

“İstəsəm maşın yox, təyyarə sürərəm” – Gülay Zeynallı qazancından DANIŞDI

“İstəsəm maşın yox, təyyarə sürərəm” – Gülay Zeynallı qazancından DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Gülay Zeynallı açıqlaması ilə gündəmə gəlib.

7Times.az xəbər verir ki, ifaçı MTV telekanalında qonaq olduğu “Səhərin səsi” verilişində qazancından danışıb. O, müğənnilikdən yaxşı pul qazandığını etiraf edib:

“Bu gün xalq mahnıları oxuyan gənclər arasında daimi toylara dəvət alan 5 nəfər varsa, onlardan biri də mənəm.

Getdiyim məclislərdə də hamı bilir ki, 2-3 saat ancaq ayaq üstə oluram. Buna görə yaxşı qonorar da alıram. Bu pulu da özümə, ailəmə xərcləyirəm. İşimdən çox razıyam.

Heç kimin çörəyini yemirəm. Heç kimin qazancı ilə də həyatımızı başa vurmuruq. Yetərincə işim var. Bəli, işləyirəm, bu, əziyyətimdir. Bu gün istəyərəm, maşın yox, təyyarə sürərəm. Bunun heç kimə aidiyyatı yoxdur”.