“Futbolçularımı təbrik edirəm. Gərgin oyun alındı, futbolçularda stress var idi. Qələbə üçün əziyyət çəkdik”.
Sfera.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Kəpəz”ə qalib gəldikləri oyundan (3:1) sonra mətbuat konfransında deyib.
O qeyd edib ki, “Kəpəz” dinamik komandadır, baxımlı və fərqli futbol oynayır.
“Öz oyun üslublarının əl çəkmir, sürətli hücuma çıxırlar. Vacib üç xal qazandıq. Hər qələbə bizim üçün önəmlidir”, – baş məşqçi bildirib.
Qurbanov komandasının məğlubiyyətsiz irəliləməsi ilə bağlı bunları bildirib: “Belə hallar dünya futbolunda olur. Hələ mövsüm bitməyib. Ötən il də bir məğlubiyyətimiz olub. İstərdim ki, məğlubiyyətsiz çempion olaq. Hələ məqsədimizə çatmamışıq. Qarşıda 7 oyun var. Bu cür çempion olmaq istəyirik deyib, irəliləsək, yanıla bilərik. Hər matç önəmlidir. Məğlubiyyətsiz çempionlar arasında olmaq xoş olardı. Amma bu niyyətlə oyunlara çıxmırıq. Futbolda elə hallar olur ki, düşünmədiyin görüşlərdə məğlub olursan. Məqsədimiz komandanın oyununu yaxşılaşdırmaq, hücumların sayını artırmaqdır”.
Follow @7timesaz