Ölkə

İstirahət günlərində yol qəzalarında 11 nəfər ölüb

İstirahət günlərində yol qəzalarında 11 nəfər ölübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstirahət günlərində yol qəzalarında 11 nəfər ölüb

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 25-də və 26–da ölkə ərazisində qeydə alınan cinayətlərdən 96-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 13-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 48 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.