Dünya

İsveç NATO-ya daxil olmaq prosesini sürətləndirməyə hazırdır

İsveç NATO-ya daxil olmaq prosesini sürətləndirməyə hazırdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin xarici işlər naziri Ann Linde deyib ki, Stokholm NATO-ya üzv olmaq üçün potensial müraciətin təhlilini sürətləndirə bilər. Söhbət İsveçin parlament partiyaları tərəfindən NATO-ya müraciətin təhlilinin aprelin 31-dən mayın 13-nə təxirə salınmasından gedir.

“Finlandiya artıq öz təhlilini dərc edib və İsveçdə bizim təhlilin təqdim edilməsi üçün bizə güclü təzyiq var” – deyə nazir qeyd edib.

Ukrayna böhranı fonunda İsveç və Finlandiya NATO-ya mümkün üzv olma variantını müzakirə etməyə başlayıblar.

Finlərin əksəriyyəti ölkənin 1984-cü ildən bəri ilk dəfə olaraq alyansa daxil olmasına dəstək veriblər.

Finlandiya Biznes və Siyasət Forumu EVA təxminən 40 ildir ki, finlərin fikir və dəyərlərini, o cümlədən onların NATO-ya mümkün üzvlüklə bağlı münasibətini izləmək üçün ildə iki dəfə məlumat toplayır. 2021-ci ilin payızının nəticələri göstərib ki, əhalinin yalnız 26 faizi alyansa qoşulmağı dəstəkləyib, lakin 2022-ci ilin fevralından sonra isə bu rəqəm 60 faizə yüksəlib. Eyni faiz nsibətində fin də qərarın bu il verilməsini istəyir.

Finlandiya və İsveçin artıq 2022-ci ilin yayında alyans müraciət edə biləcəyi bildirilir. Bu məsələ NATO xarici işlər nazirləri arasında keçirilən danışıqlarda da müzakirə olunub.