İsveç atom elektrik stansiyalarında quraşdırılan ən güclü “Oskarshamn-3” reaktoru yanacağın zədələnməsi səbəbindən müvəqqəti olaraq istismardan çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
AES reaktorları müntəzəm olaraq planlı profilaktik təmirdən keçir. “Oscarshamn-3″də təmir ötən ilin aprelində baş tutmalı idi.
Reaktorun dayandırılması fevralın 19-da baş tutacaq. Fövqəladə vəziyyətin insanlar və ətraf mühit üçün heç bir təhlükə yaratmadığı bildirilir.
Nüvə reaktoru fevralın 27-dək 9 gün müddətinə bağlanacaq.
“Oskarshamn-3” 1 450 meqavat elektrik enerjisi istehsal edir ki, bu da istismar müddəti bitmiş iki sələfinin birgə istehsalından çoxdur.
Mütəxəssislərin fikrincə, reaktorun dayandırılması elektrik enerjisinin bahalaşması riski deməkdir.
Follow @7timesaz