Dünya

İsveç ordusunda “TikTok” qadağan edilib

İsveç ordusunda “TikTok” qadağan edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç Müdafiə Nazirliyi əməkdaşlara xidməti cihazlarda “TikTok”dan istifadəni qadağan edib.

7times.az xarici mətbuata istinadən xəbər verir ki, artıq “TikTok” quraşdırmış hərbi qulluqçulara proqramı silmək tapşırılıb.

Qərarın verilməsinə səbəb olaraq bildirilir ki, proqram Çin şirkətinə məxsusdur. İstifadəçi məlumatlarını toplamaq imkanlarına malikdir və sonradan bu məlumatlar Çin dövlət qurumlarının əlinə keçə bilər.

Bundan əvvəl, Avropa Komissiyası və Avropa İttifaqı Şurası da bu proqramın öz əməkdaşlarının xidməti telefonlarında istifadəsinə qadağa qoyduğunu elan edib, həmçinin ABŞ və Kanadada dövlət qulluqçuları üçün eyni qadağa tətbiq edilib.