Dünya

İsveçdə Quranın yandırılması iğtişaşlara səbəb oldu

İsveçdə Quranın yandırılması iğtişaşlara səbəb oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin Malmö şəhərində, islamofob aktivistlərin Quranı yandırmasından sonra şəhəri iğtişaşlar bürüyüb.

7times.az İsveç telekanalı “SVT”yə istinadən xəbər verir ki, hadisədən hiddətlənən şəhərin müsəlman əhalisi etiraz məqsədilə 28 avqust axşam saatlarında şəhərin küçələrinə axışmağa başlayıb. Küçə iğtişaşlarında iştirak edənlər hava fişəngləri partladıb, avtomobil təkərləri və zibil qutularını yandırıb və polisə səki daşları atıblar.

Kanalın məlumatına görə, davam edən etirazlarda hüquq-mühafizə orqanları tərəfindən təxminən 20 nəfər saxlanılıb. Bundan əlavə, bir neçə polis əməkdaşının yaralandığı bildirilir. Əhali arasında itkilər barədə hələ ki, məlumat verilməyib.

Qeyd edək ki, Danimarkanın sağçı ekstremist partiyası “Sərt Istiqamət” üzvləri İslam əleyhinə aksiya keçirərək şəhərdə donuz ətinə bükülmüş Quranı yandırıblar. Bu hərəkətləri lentə alan ekstremistlər, daha sonra iğtişaşlara səbəb olan videonu sosial şəbəkələrdə yerləşdiriblər. qafqazinfo