“Sportinq”in futbolçusu Viktor Qyökereş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “Football Transfers” yayıb.
Xəbərə görə, 25 yaşlı hücumçu “Arsenal”ın diqqət mərkəzindədir. Mənbə London klubunun yayda Qyökereşin transferini reallaşdırmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, İsveç millisinin də üzvü olan Viktor cari mövsüm “Sportinq”in forması ilə 37 matça çıxıb. O, bu görüşlərdə 33 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz