Dünya

İsveçrə Parlamenti Fələstinin tanınmasının əleyhinə səs verib

İsveçrə Parlamenti Fələstinin tanınmasının əleyhinə səs veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Parlamenti Fələstin dövlətinin tanınmasının əleyhinə səs verib.

APA-nın “Le News” saytına istinadən xəbərinə görə, layihənin lehinə 61, əleyhinə isə 131 parlamentari çıxış edib.

Sosial-Demokrat Partiyasından olan deputat Fabian Molina parlamentin qərarını dəstəkləmədiyini açıqlayıb. O deyib ki, Fələstinin tanınması regiona sülh gətirə bilər. O, bu məsələdə ölkəsinin İrlandiya, İspaniya və Norveçin təcrübəsindən istifadənin zəruriliyini bildirib.

Ölkənin xarici işlər naziri İnyasio Kassis isə ölkəsinin “iki dövlət” prinsipini dəstəklədiyini desə də, əlavə edib ki, Fələstinin tanınmasının vaxtı hələ çatmayıb.

Nazir bu fikirlərini Qəzza sektorunda müharibənin davam etməsi ilə əsaslandırıb.