İsveçrənin Olten şəhərində kakao tozu şəklində yağış yağıb.
7times.az “Oltner Tagblatt”a istinadla xəbər verir ki, hadisəyə səbəb yaxınlıqdakı şirniyyat fabrikinin havalandırma sistemindəki nasazlıq olub və nəticədə kakao lopaları havaya qalxıb.
Zavod sızma faktını təsdiqləyib, lakin kakao lopalarının tərkib hissəsinin atmosferə buraxılmasının tamamilə zərərsiz olduğunu deyib.
Fabrik nümayəndələri şəhər maşınlarını yuyub şokoladı təmizləyəcəklərinə söz verib.
Qaynarinfo.az
Follow @7timesaz