Aktual

İsveçrəli seysmoloqdan Türkiyəni vuran zəlzələ ilə bağlı AÇIQLAMA: “Təsadüf deyil”

İsveçrəli seysmoloqdan Türkiyəni vuran zəlzələ ilə bağlı AÇIQLAMA: “Təsadüf deyil”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin Seysmologiya Xidmətinin direktoru Stefan Vaymer, İsveçrənin alman dilində yayımlanan dövlət televiziyası SRF-ə verdiyi müsahibəsində mərkəzi Kahramanmaraş olan 10 vilayətdə 7.7 və 7.6 bal gücündə baş verən zəlzələlərlə bağlı danışıb.

7Times.az Musavat.com-a istinadən xəbər verir ki, Vaymer Kahramanmaraş mərkəzli zəlzələlərlə bağlı açıqlamasında “Belə böyük zəlzələ həqiqətən nadirdir. Türkiyə ilə Suriya arasındakı bölgədə 100 ildən artıqdır ki, belə böyük zəlzələ olmamışdı”- deyib.

Türkiyə ilə Suriyanın sərhəd bölgəsində böyük dağıntılara səbəb olan zəlzələlərin gücünə diqqət çəkən Vaymer bu iki ölkə arasında güclü zəlzələlərin tez-tez baş verməsinin təsadüf olmadığını vurğulayıb.

Bölgədə plitə sərhədlərinin olduğunu bildirən Vaymer, uzun illər bu ərazilərdə gərginliyin olduğunu və belə zəlzələlərlə boşaldığını bildirib: “Xüsusilə bu ərazi 7.7 bal gücündəki zəlzələ ilə gərginliyin yığıldığı və boşaldığı Şərqi Anadolu qırılma xəttidir. Belə böyük zəlzələ həqiqətən çox nadirdir. 8 ballıq zəlzələ dünyada bəlkə də ildə bir dəfə olur. Türkiyə ilə Suriya arasındakı bölgədə 100 ildən artıqdır ki, belə böyük zəlzələ olmamışdı. Məsələn, tarixdən Hələbin dəfələrlə güclü zəlzələlərlə silkələndiyini bilirik. Ancaq 7.7 bal gücündə baş verən zəlzələ onsuz da böyük bir zəlzələdir”.

Belə böyük zəlzələlərdən sonra günlər, həftələr və hətta aylar boyu zəif təkanların olduğuna diqqət çəkən Vaymer, bunların ümumiyyətlə zaman keçdikcə saylarının və intensivliyinin azaldığını qeyd edib.