“Ermənistan cəmiyyətində gərginlik artır”.
7Times.az xəbər verir ki, bu fikirləri “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində antimüharibə fəalı İşxan Verdiyan deyib. Onun sözlərinə görə, ümumilikdə erməni xalqını narahat edən heç də Qarabağ deyil:
“Ermənistanda heç kim Şuşanı tələb etmir. Qarabağ barədə heç kim düşünmür. Sadə adamlar daha çox sərhəddəki gərginlikdən narahatdır. Ermənilər bilir ki, sərhəddə sabitlik yoxdur.Bu, artıq Qarabağ deyil, bizim sərhədimizdir. Ermənilərdə belə bir təsəvvür yaranıb ki, artıq Azərbaycan Ermənilərin ərazisinə yaxınlaşır. İndi təsəvvür edin ki, Ermənistanda aqressiya nə səviyyədədir. Adamlar çıxış yolu istəyir. Heç kim müharibə istəmir. Amma baş verənlər Ermənistana hücum kimi təqdim olunur. Ermənistanı müdafiəyə isə bütün ölkə vətəndaşları hazırdır”.
KONKRET.az
Follow @7timesaz