İtaliya 24 ədəd yeni “Eurofighter” qırıcısı alacaq.
7Times.az xəbər verir ki, bu barədə “Rivista Italiana Difesa” portalı məlumat yayıb.
İtaliyanın Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələri üçün 24 yeni “Eurofighter Typhoon” qırıcısının alınmasına dair qərarı təsdiqləyib.
Qırıcılar hazırda istifadədə olan təyyarələri əvəz edəcək.
Yeni nəsil təyyarələr dronları izləmək və idarə etmək qabiliyyətinə malik elektron avadanlıqlarla təchiz edilib. Təyyarə İtaliyanın “Leonardo” hərbi sənaye konserninin fabriklərində texniki xidmət göstərəcək.
Qırıcılar qlobal döyüş aviasiyası proqramının məqsədlərinə cavab verir.
“Reuters” agentliyinin məlumatına görə, 11 il ərzində bu təyyarələrin alınmasına 7,5 milyard avro xərclənməsi planlaşdırılır.
Follow @7timesaz