Türkiyədən Fransaya gedən yük gəmisində gizlənən bir qrup mühacir tərəfindən ələ keçirilib.
7Times.az xəbər verir ki,iyunun 7-də Topçular limanından Fransanın Sete şəhərinə yola düşən “Qalata Seaways” yük gəmisi bir qrup mühacir tərəfindən ələ keçirilib.
Ekipaj üzvlərinin həyacan siqnalından sonra Fransa tərəfi həyəcan vəziyyətini İtaliyaya çatdırıb.Gəmi İtaliyanın ərazi sularında, Neapol şəhəri yaxınlığında olarkən donanmanın rəhbərliyi altında xilasetmə əməliyyatı həyatına başlanılıb.
İtaliya donanmasının San Marko batalyonunun qüvvələri iki helikopterlə gəmiyə endirilib. Saatlarla davam edən əməliyyatda 15 nəfərlik qrup yaxalanıb.İtaliyanın müdafiə naziri gəmini qaçırmağa cəhd edənlərin hamısının tutulduğunu və əməliyyatın uğurla keçdiyini açıqlayıb.
Follow @7timesaz