İdman

İtaliya nəhəngi iki ulduzla anlaşdı – SON DURUM

İtaliya nəhəngi iki ulduzla anlaşdı – SON DURUMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya A Seriyasının lideri olan “İnter” klubu Mehdi Taremi və Piotr Zielinski ilə anlaşma imzalayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, “neradzurrilər” hələ bir ay əvvəl müqavilə imzalamağa razılaşdıqları “Portu”nun iranlı forvardını tezliklə tibbi müayinədən keçirəcək. 31 yaşlı forvard milanlılarla 2,5 illik müqavilə bağlayacaq. Futbolçunun performansına görə, anlaşma daha bir il uzadıla bilər.

“Napoli”nin yarımmüdafiəçisinin isə artıq müayinədən keçdiyi bildirilir.

Həm Taremi, həm də Zielinski yayda azad agent kimi “İnter”ə keçəcək.