“Atalanta” ilə məşqlərə qoşulmayan Merih Demiralın komandadan ayrılması gözlənilir.
Offsideplus.az xəbər verir ki, Türkiyə millisinin üzvü karyerasını İtaliyanın digər klubunda davam etdirəcək. 25 yaşlı müdafiəçi “İnter”in hədəfindədir. A Seriyası nəhəngi Demiralın transferi ilə bağlı “Atalanta” ilə danışıqlara başlayıb. Bu barədə italiyalı insayder Fabritsio Romano məlumat yayıb.
Merih ötən mövsüm “Atalanta” ilə 28 oyuna çıxıb, 1 qol vurub.
Follow @7timesaz