Dünya

İtaliya sahillərində iranlı miqrantların olduğu qayıq batdı: Onlarla insan həlak oldu

İtaliya sahillərində iranlı miqrantların olduğu qayıq batdı: Onlarla insan həlak oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın cənubunda miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 59 miqrant ölüb, onlarla miqrant itkin düşüb.

Qayıq Kalabriya bölgəsində dənizkənarı kurortun çimərliyi yaxınlığında qayalara çırpılıb. Faciədən sonra quruda və dənizdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı təşkil edilib.

Gəmidə Əfqanıstan, Pakistan, Somali və İrandan miqrantların olduğu qeyd edilib. İtaliya rəsmilərinin məlumatına görə, ölənlər arasında uşaq da var. Sahil Mühafizəsi qayığın qəzaya uğramasından sonra sahilə çıxmağı bacaranlar da daxil olmaqla 80 nəfərin sağ olduğunu bildirib.

Hadisə yerinə baş çəkən İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 30 nəfərin itkin düşdüyünü bildirib.

Bir neçə gün əvvəl Türkiyəni tərk edən qayıqda olanların dəqiq sayı məlum deyil.

Monitorinq qruplarının məlumatına görə, 2014-cü ildən bəri Aralıq dənizinin mərkəzində 20 mindən çox insan dənizdə ölüb və ya itkin düşüb.

oxu.az