Dünya

İtaliyada qaz partlayışından sonra 50 nəfər evsiz qalıb

İtaliyada qaz partlayışından sonra 50 nəfər evsiz qalıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siciliya adasının cənubundakı Ravanusa şəhərində yaşayış kompleksində baş verən partlayış nəticəsində 50-yə yaxın insan mənzillərinə ciddi ziyan dəydiyi üçün evsiz qalıb.

Bu barədə Mülki Müdafiə Departamentinin yerli ofisi məlumat yayıb.

Məlumata görə, bir neçə ailə qohum və dostlarının evində məskunlaşıb, qalanları isə yerli hakimiyyət tərəfindən müvəqqəti yaşayış yeri ilə təmin olunub.

Hələ ki, partlayışda dörd nəfərin öldüyü məlumdur. Dağıntılar altında qalan və itkin düşmüş hesab edilən daha 5 nəfərin axtarışları davam edir.

İlkin məlumatlara görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə üç ev dağılıb, daha dörd evə isə ciddi ziyan dəyib.

Mənbə: TASS