Dünya

İtaliyalı senator ofisində vəfat etdi

İtaliyalı senator ofisində vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada parlamentin yuxarı palatasından olan Demokrat Partiyasının (PD) üzvü, senator Bruno Astorre kabinetində vəfat edib.

7Times.az xəbər verir ki, bu haqda İtaliyanın “ANSA” agentliyi məlumat yayıb.

Bildirilib ki, senator Astorre bu gün paytaxt Romanın mərkəzindəki Cenci sarayında Senatın ofisində dünyasını dəyişib.

Roma Baş Prokurorluğunun senatorun ölümü ilə bağlı intihar şübhəsi ilə istintaq başlatdığı və Astorrenin ofisində araşdırma aparılacağı bildirilib.

Bu araşdırmaya uyğun olaraq, 59 yaşlı Astorrenin cəsədinin yarılması ilə bağlı qərarın veriləcəyi qeyd edilib.