Dünya

“İtaliyanın rus qazına ehtiyacı yoxdur”  Klaudio Deskalzi

“İtaliyanın rus qazına ehtiyacı yoxdur” – Klaudio Deskalzibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın neft nəhəngi “Eni”nin baş direktoru Klaudio Deskalzi bildirib ki, İtaliya bu qışı Rusiyadan qaz axını olmadan da yaşaya bilər.

7Times.az  xəbər verir ki, “Eni”nin baş direktoru ölkəsinin qaz təchizatı ilə bağlı nikbin açıqlamalar verib.

O qaz anbarlarında doluluq səviyyəsinin 90 faiz olduğunu və hava şəraitinin mülayim keçəcəyini nəzərə alaraq, ölkəsinin bu qışı Rusiya qazı olmadan keçinə biləcəyini vurğulayıb.

Baş direktor bildirib ki, Əlcəzair artıq İtaliyaya qaz nəqlini iki dəfə artırıb.

Qeyd edək ki, “Eni” bu ildən 2023-cü ilə qədər Rusiyadan qaz idxalını yarıya endirməyi öhdəsinə götürüb.

Yüksək qiymətlər səbəbindən İtaliya hökuməti ailələr və müəssisələr üçün 13,5 milyard avro dəyərində yeni enerji dəstəyi paketini elan etməyə də hazırlaşır. Hökumət artan enerji xərclərinin iqtisadiyyat üzərindəki yükünü yüngülləşdirmək üçün 50 milyard avrodan çox vəsait xərcləyib.

Onu da bildirək ki, İtaliyanın qaz aldığı ölkələrdən biri də Azərbaycandır. İtalyanlar Azərbaycandan il ərzində 10 milyard kub metrə qədər qaz almağı planlaşdırır.
Son məlumatlara əsasən, İtaliyanın ümumi qaz idxalı 66-70 milyard kub metr həcmindədir. Azərbaycan bunun 13-15 faizini təmin edəcək.

Rusiyanın ümumi idxalda payı isə 28-30 milyard dollar idi.