Dünya

İtkin düşən sualtı aparatın ekipajı ölmüş hesab olundu

İtkin düşən sualtı aparatın ekipajı ölmüş hesab olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atlantik okeanında yoxa çıxan “Titan” aparatının göyərtəsində olan 5 nəfər çox güman ki, ölüb.

Bu barədə “OceanGate Expeditions” şirkətinin cümə axşamı yaydığı məlumatda deyilir.

“Biz hazırda icraçı direktorumuz Stokton Raş, Pol-Anri Narjole, Hamiş Hardin, Şahzadə Davud və oğlu Süleymanın kədərli şəkildə dünyasını dəyişdiyini düşünürük”, – məlumatda deyilir.

Bildirilir ki, bu insanlar macəra həvəsini, dünya okeanlarını araşdırmaq və qorumaq istəyini bölüşən əsl kəşfiyyatçılar idilər./oxu.az