Dünya

İTV-nin sualını cavablandıran erməni tələbə təhdid və təhqir olunur – FOTO

İTV-nin sualını cavablandıran erməni tələbə təhdid və təhqir olunur – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Qarabağda yaşayan bir qrup şəxslər Ermənistana keçmək üçün, Həkəri körpüsünün yaxınlığında Azərbaycan keçid məntəqəsinə gəlib.

7Times.az  xəbər verir ki, bu zaman İTV kanalının əməkdaşı Elen Arustamyan adlı erməni tələbəyə suallar ünvanlayıb.
Tələbə qız jurnalistin “Sərhədi təhlükəsiz və maneəsiz keçirsiniz? Razısınızmı?” suallarına gülümsəyərək müsbət cavab verib və əlavə edib ki, hər şey normaldır.

Erməni mətbuatını yaxından izləyən ermənişünas İsmayıl Tanrıverdi bildirib ki, sözügedən videonun sosial şəbəkələrdə yayılmasından sonra 17 yaşlı qız tənqid hədəfinə çevrilib. Sosial şəbəkələrin erməni seqmentində qızın ünvanına təhdid, təhqir və söyüşlər yazılıb.

Elen Arustamyanın ünvanına “axmaqlara təəccüblənməyin”, “əgər qorxursansa, boş-boş danışmaqdansa, susmaq daha yaxşıdır”, “Gənclər siyasi baxımdan cahildir”, “öküz, beyinsiz, nəyi yaxşıdır?” “Bu qız necə İrəvan universitetlərində təhsil ala bilər?”, “yum ağzını”,  “təbrik edirəm, internet fenomenisən, bütün millət sənə lənət oxuyur” və s. şərhlər yazılıb.

Ölkə.Az