Maqazin

“İxtiyarı yoxdur” – Mətanətdən Manafa

“İxtiyarı yoxdur” – Mətanətdən Manafabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Manaf qardaşıma çox pis oldum. O qədər gözəl, mərd insandı ki, hər zaman o yıxılanın yanında olub. Mən də özümə borc bilirəm ki, ona dəstək olum. Allaha şükür ölüm yox, itim yox. Allah canını sağ elesin”.

 

 

7Times.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkədə yazıb. Sənətçi ötən gün həbs edilən Manaf Ağayevlə bağlı paylaşım edib:

“İnsanın başına hər iş gələ bilər. Manaf qardaşımızın indiyə qədər pis hərəkətini görməmişik. Kasıblıqla, qaçqınçılıqla gəlib bu yerlərə çıxıb. Hər zaman elinə, obasına canı yanıb. Xeyriyyəçilik edib. Hər zaman qanunlarımıza, dövlətimizə hörmət edən insan olub. Düzdür, qanun hamı üçün qanundur. Heç kimin ixtiyarı yoxdur qanunları poza. İnşallah, anlaşılmazlıq bir an öncə həll olunar. Allah kömək olsun qardaşımıza, Allah qapısını açsın”.

Xatırladaq ki, Manaf Ağayev qanunsuz yolla işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdiyi üçün, dostu, iş adamı Sənan Hüseynovla birgə 15 sutka həbs olunub.