“Ölkə.Az” xəbər verir ki, bunu rusiyalı siyasətçi Vladimir Jirinovski “Rossiya1” telekanalına müsahibəsində deyib.
“Bu, müharibəyə hazırlığın başqa bir mərhələsidir və 2027-ci ildə keçiriləcək növbəti hərbi təlimlər döyüş sahəsinə çevriləcək, əsl müharibə başlayacaq”, – Jirinovski qeyd edib.
O hesab edir ki, bu müharibə 2027-ci ildə Ukraynada başlayacaq.
Müharibənin 2027-ci ildə niyə başlayacağını soruşduqda, Jirinovski suala aidiyyatı olmayan orijinal bir cavab verib: “Mən 80 yaşımı sakitcə qeyd etmək istəyirəm. 2026-cı ildə 80 yaşım olacaq. Sonra buyurun, 85 yaşımadək başlayın”.
Jirinovski onu da qeyd edib ki, əvvəllər Ukraynada bütün dünya müharibəsi üçün kifayət edəcək çox böyük miqdarda silah ehtiyatları olub. Ancaq sonradan bütün silahlar oğurlanaraq satılıb.