“Jirona”nın baş məşqçisi Migel Miçel La Liqanın 16-cı turunda “Barselona” üzərində qazandıqları inamlı qələbəni (4:2) şərh edib.
Fanat.Az xəbər verir ki, “Marca” onun dediklərini belə çatdırıb:
“Əla komandanı – “Barsa”nı məğlub etdiyimiz üçün çox xoşbəxtəm. Oyunun taleyini detallar müəyyənləşdirdi. Biz hər şeyi düzgün etdik. Rəqib matça təzyiqlə başlasa da, əks-hücumda qol vurduq və bu, bizi sakitləşdirdi. Ancaq “Barselona” az keçməmiş tarazlığı bərpa etdi. Topu özümüzdə yaxşı saxlamağı bacardıq. Bir sözlə, bərabərsəviyyəli oyun idi. Temp yüksək olduğu üçün bəzi anlarda futbolçuların ayaqları sözlərinə qulaq asmırdı. Çox çətin idi. Həyatımda ilk dəfə “Barsa” üzərində qələbə qazandım. Bu “Jirona” istənilən rəqibi yenməyə qadirdir.
Çempionluq? Biz yalnız qarşıdakı oyun barədə planlar qururuq. Fikrimcə, biz artıq riyazi cəhətdən La Liqadakı yerimizi qorumağa nail olmuşuq. Hədəfimiz bu idi. “Real”la oyundan başqa, bütün qarşılaşmalarda dominantlıq etmişik. İndi liderik, amma bu, çətinliyin geridə qalması demək deyil. Gələn mövsüm avrokuboklarda ola bilmək üçün mübarizə aparmalıyıq”.
Follow @7timesaz