Dünya

“Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? – İDDİA

“Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? – İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Jonson&Jonson” şirkəti Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirir.

7time.az oxu.az-a istinadla bildirir ki, sosial şəbəkələrdə yayılan məlumata əsasən, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula “Jonson&Jonson” tərəfindən 50% əlavə ediləcəyini bildirib.

Bu addımla “Jonson&Jonson” Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombaları istifadə edən terroristik qurumu dəstəkləyir.

Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı “Jonson&Jonson” şirkətinə məktublar ünvanlamağı, əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalının Azərbaycana qadağan edilməsi təklif edilir.