Bu ay “Roma”dan qovulan Joze Mourinyunun yeni iş yeri açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Sport Mediaset” yayıb.
Xəbərə görə, Mourinyunun agenti Jorje Mendeş “Napoli”nin prezidenti Aurelio De Laurentislə əlaqə saxlayaraq müştərisinin Neapol təmsilçisinə baş məşqçi təyin edilməsi barədə fikir mübadiləsi aparıb. Mənbə De Laurentisin bu varianta isti yanaşdığını, lakin Mourun yüksək maaş tələbinin təyinatın reallaşmasına mane ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, “Roma” portuqaliyalı mütəxəssislə yolları yanvarın 16-da ayırıb.
Follow @7timesaz