Ölkə

Jurnalist Səbuhi Məmmədli vəfat etdi

Jurnalist Səbuhi Məmmədli vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.

 

7Times.az  xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.

 

Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.

 

Daha öncə jurnalist səhhəti ilə əlaqədar Yeni Klinikaya köçürülmüşdü. O, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alırdı.

 

Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, “Yeni Müsavat” qəzetləri ilə əməkdaşlıq edib.

 

Səbuhi Məmmədli 10 ildən çox “Lent.az” saytında çalışıb.

 

Allah rəhmət eləsin.