Dünya

Jurnalistə çəkiliş zamanı təcavüz olundu

Jurnalistə çəkiliş zamanı təcavüz olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BBC-nin jurnalisti “Hungry For It” adlı yemək verilişinin çəkilişi zamanı təcavüzkarın hücumuna məruz qalıb. Hadisə Londonda baş verib.

“The Sun”un mənbəsinin məlumatına görə, təcavüzkar işçinin olduğu otağa girərək ona cinsi təcavüz edib.

Hazırda istintaq davam edir, şübhəlinin şəxsiyyəti müəyyənləşdirilir. BBC qeyd edib ki, zərərçəkənə hər cür yardım göstərilir.

““BBC Studios”un siyasətinə görə, cinayətin qurbanına çevrilmiş hər hansı əməkdaşımız bütün lazımi dəstəklə təmin olunacaq. Bu məsələyə ən ciddi şəkildə baxılacaq”, – deyə telekanalın rəhbərliyi bildirib.