Kabildə Həmid Kərzai adına Beynəlxalq Hava Limanı yaxınlığında baş vermiş atışmada dörd əfqan hərbçisi həlak olub.
Bu barədə 7Times.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
İnsident avqustun 24-nə keçən gecə baş verib.
Əfqanıstan Silahlı Qüvvələrinin hərbçilərindən biri havaya atəş açıb, bunun ardından xarici hərbçilər cavab atəşi açıb. Atışma nəticəsində dörd hərbçi həlak olub, üçü yaralanıb.
İddialara görə, əfqan hərbçilərindən biri aeroport yaxınlığındakı avtomobildə dostunun cansız bədənini tapıb, bundan sonra havaya atəş açıb.
Follow @7timesaz