Kabildə acından ölən 8 uşağın meyiti tapılıb

Kabildə acından ölən 8 uşağın meyiti tapılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə mətbuata Əfqanıstan parlamentinin keçmiş üzvü Məhəmməd Mohaqiq məlumat verib. “Azadlıq” radiosu xəbər verir ki, oktyabrın 24-də “Facebook” səhifəsində açıqlama yayan Məhəmməd Mohaqiq bildirib ki, uşaqlar təxminən üç həftə əvvəl Kabilin 13-cü məhəlləsində ölüblər.

O bildirib ki, uşaqları yerli molla və tapdıqları məhəllə sakinləri dəfn ediblər. Məhəmməd Əli Bamiani adlı yerli molla, uşaqlarının ölümüylə bağlı təfərrüatlar verərək, ən böyük uşağın təxminən səkkiz, ən kiçiyinin isə yaş yarımda körpə olduğunu deyib. “Onların heç kimləri yox idi. Onların valideynləri ölüb, yaxın qohumları olmayıb” deyə Bamiani bildirib. O, uşaqların cəsədlərinin tapıldığı evə girdiyini söyləyib. Əfqanıstanın Taliban hərəkatının rəhbərlik etdiyi hökumət hələlik ölənlərlə bağlı açıqlama verməyib. Birləşmiş Millətlər Təşkilatı bildirir ki, tezliklə humanitar yardım göstərilməyəcəyi təqdirdə kütləvi aclıq da daxil olmaqla Əfqanıstan böyük bir humanitar böhranla üzləşə bilər.