Aktivistlər Kabildə qadın hüquqları və onların Əfqanıstan hökumətində iştirakı ilə bağlı mitinq keçiriblər.
7Times.az xəbər verir ki, bu barədə mitinq iştirakçılarının nümayəndəsi Yalda Samadi “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, mitinqdə iştirak edən qadınlar müxtəlif sahələri təmsil edirlər.
Qeyd edək ki, sentyabrın 2-si Əfqanıstanın Herat şəhərində də oxşar mitinq keçirilib. Bu mitinqin də iştirakçıları qadın hüquqlarına hörmət və ölkənin gələcək hökumətində iştirak etməyi tələb ediblər.
Follow @7timesaz