“Taliban” hərəkatının nümayəndələri əfqan qadınların aksiyasını gözyaşardıcı qaz və elektroşoklarla dağıdıb.
7Times.az xəbər verir ki, “Sputnik Gürcüstan” bu görüntüləri əks etdirən video yayımlayıb. Bildirilir ki, insident Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verib.
Qadınlardan birinin sözlərinə görə, o bu gün öz vətənində kimə müraciət edəcəyini bilmir və onun hüquqlarını da qoruyacaq heç kim yoxdur.
Qeyd edək ki, “Taliban” hərəkatı bütün Əfqanıstan ərazisinə nəzarəti ələ keçirdikdən sonra bir çox əfqan qadın gələcək talelərinin necə olacağından ehtiyat edir.
Əfqan qadınlar Kabildə və ölkənin digər şəhərlərində mitinqlər təşkil edərək öz hüquqlarına hörmət edilməsini tələb edirlər.
Follow @7timesaz