Dünya

“Kadırovda beyin şişi əlamətləri var” – KRİMİNALİST

“Kadırovda beyin şişi əlamətləri var” – KRİMİNALİSTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ramzan Kadırovun koma durumuna düşməsi təəccüblü deyil və gözlənilən idi. Beyində baş verən patoloji proseslər, beyin qan dövranının, mərkəzi sinir sistemi hüceyrələrinin pozuntusu bu insanda çoxdan hiss edilirdi. Beyin şişini də ehtimala gətirə biləcək bəzi simptomlar vardır”.

“AzPolitika.info” xəbər verir ki, bunu hüquqşünas-kriminalist İlqar Altay bildirib.

Xatırladaq ki, Çeçenistan rəhbərinin komaya düşdüyü, ağır vəziyyətdə Moskvadakı klinikaların birinə yerləşdirildiyi haqda xəbərlər yayılıb.

İlqar Altay deyir ki, Kadırovda beyin şişinin olması ilk növbədə onun nitq pozuntusunda görünürdü, iki sözündən bir, nitq kəsilməsi anı, asılı olmadan “don-don” deyərək ara verməklə. Onun sözlərinə görə, son dövrlərdə beyindəki proseslər, gözləri yarı yumulu, tormoz davranış, toksik hal gətirmişdi: “Bunlar da, keçirtdiyi ziddiyyətli, baiskar, ziyanlı həyat, qazandığı çoxsaylı düşmənlərlə beyində daimi ruhən, psixoloji-emosional çarpışmalarla əlaqəli ola bilər.

Bir də, üzdə görünməsə də, Kadırovun Kremllə son dövrdə münasibətinin xeyli kəskin dönməz pisləşməsinin də, sinir təsiri vardı. Priqojinlə sıx yaxınlığı onu kəskin arzuedilməz şəxsə çevirmişdi. Və bu fonda, zəhərlənmə faktorunu da istisna etmək olmaz, beyin hüceyrələrinə toksik təsirli”.

İ.Altay qeyd edir ki, bu vəziyyətdə olan xəstələrin komadan çıxması bəzi hallarda mümkündü. “Çıxsın, pis, qara niyyətli olmayaq. Ancaq bu cür, ötmüş durumla çətin ki, yaşaya. İnsan gərək, ziyankar olmasın ki, rahat yaşasın”, – o vurğulayıb.