Dünya

Kadırovdan “Qurani-Kərim”i yandıranlara SƏRT CAVAB: “Cəhənnəmdə yanacaqlar”

Kadırovdan “Qurani-Kərim”i yandıranlara SƏRT CAVAB: “Cəhənnəmdə yanacaqlar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan lideri Kadırov Quranın yandırılmasına sərt reaksiya verib.

7Times.az  xəbər verir ki, ifrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin İsveçdəki səfirliyi qarşısında “Qurani-Kərim”i yandırmasına Çeçenistan lideri Ramzan Kadırov reaksiya verib.

Teleqram hesabında paylaşım edən Kadırov “İsveçin Stokholm şəhərində bəzi əclaflar Türkiyə səfirliyinin qarşısında Qurani-Kərimi yandırıblar. Bu dəhşətli hərəkət Ankaraya etiraz kimi qiymətləndirilib. Amma bu hərəkət əslində müqəddəs dəyərlərə hücum idi. Hər kəs əkdiyini biçər. Bir gün başa düşəcəklər səhvlərini, amma onda hər şey üçün çox gec olacaq. Cəhənnəmdə yansınlar”, – deyə bildirib

Qeyd edək ki, Türkiyənin İsveçdəki səfirliyinin qarşısında”Qurani-Kərim”yandırılıb. Aksiya İsveçin ifrat-sağçı siyasi təşkilatları tərəfindən təşkil edilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hakimiyyətinin Stokholmdakı Türkiyənin səfirliyi qarşısında Quranı yandırmaq üçün icazə verdiyi aksiyanı “alçaq və irqçi” adlandırıb.