Dünya

Kadırovun səhhətində problem yaranıb? – “Ola bilsin ki, bu, onun son günləridir” + VİDEO

Kadırovun səhhətində problem yaranıb? – “Ola bilsin ki, bu, onun son günləridir” + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər beynəlxalq KİV-lərdə Vladimir Putinin ən yaxın müttəfiqlərindən olan Çeçenistan lideri Ramzan Kadırovun səhhətinin pisləşdiyi, hətta onun ölüm ayağında olduğuna dair iddialar yayılıb.

“AzPolitika.info” xəbər verir ki, Kadırov ötən gün “hələ də sağ olduğunu sübut etmək üçün” Çeçenistandan olan deputat Adam Delimxanovla birlikdə video paylaşıb.

KadIrov həmin videoda uzun ömür sürməyəcəyinə işarə edib:“Biz hələ də bir şəkildə həyatdayıq. Nəysə çox yaşamaq istəmirik. Qısa, lakin layiqli bir həyat yaşayacağıq”.

Delimxanov isə müraciətində bunları deyib:”Biz bundan sonra da qarşımıza qoyduğunuz vəzifələri yerinə yetirəcəyik. Məhz belə kiçik düşüncəli insanlar üçün biz əziz qardaşımız, Çeçenistan Respublikasının rəhbəri, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovla birlikdə video çəkmişik. Yaxşı? İndi nə deyirsən?”.

Qeyd edək ki, sözügedən videoda Kadırovun sağ əlinin fərqli rəngdə olduğu diqqətdən yayınmayıb.

Çeçenistandan olan müxalif siyasətçi Tumso Abduraxmanov isə Kadırovun ölüm ayağında olduğunu iddia edib: “Onun böyrəkləri tamamilə sıradan çıxıb, dializ də kömək etmir. Ola bilsin ki, bu, onun son günləridir”.

Onu da qeyd edək ki, Kadırovun iyun ayında Moskvadakı elit xəstəxanalardan birində müalicə aldığı bildirilir.