Dünya

Kaliforniyada meşə yanğınları səbəbindən minlərlə sakin təxliyə edilir

Kaliforniyada meşə yanğınları səbəbindən minlərlə sakin təxliyə edilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatında güclü meşə yanğınları 6 min insanı təxliyə edilir.

“Report” bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Güclü yanğın mənbəyi ABŞ-ın ən çox ziyarət edilən təbiət parklarından biri olan Yosemit Milli Parkının yaxınlığında yerləşir. Burada baş verən yanğın nəticəsində yaxınlıqdakı iki mindən çox ev və təşkilat işıqsız qalıb.

Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin məlumatına görə, yanğının əhatə etdiyi ərazi 40 kvadrat kilometrə çatıb.

Yanğının söndürülməsinə 400-dən çox insan, aviasiya və ağır texnika cəlb olunub.